Tarixində ilk dəfə Premyer Liqada

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu, üçüncü komandanın da adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, söhbət “Haddersfild” klubundan gedir. Sözügedən komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində “Ridinq”lə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında hesab açılamayıb. Oyuna artırılmış dəqiqələrdə də komandalar fərqlənə bilmədiyi üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada rəqibini məğlub edən (4:3) “Haddersfild” 45 ildən sonra ilk dəfə Premyer Liqada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, “Haddersfild”dən öncə “Nyukasl” və “Brayton” komandaları Premyer Liqaya vəsiqəni təmin etmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right