Joze Mourinyo: "Bu, mənim ən ağır mövsümüm idi"

"Mançester Yunayted" Avropa Liqasının finalında "Ayaks"ı 2:0 hesabı ilə məğlub edərək çempion olub.
 
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo qələbəni şərh edib:
 
"Çətin mövsüm keçirdik, amma 3 titul əldə etdik. Bu, sevindiricidir. Finalda səhvsiz oynayaraq qalib gəldik. "Ayaks"dan daha üstün olduq. Qələbəyə layiq oyun göstərdik. Çempionatda ilk "4-lük" üçün mübarizə aparmaqdansa, Avropa Liqasını seçdik. Bunun üçün əlimizdən gələni etdik. Bu, mənim ən ağır mövsümüm idi. Çempionlar Liqasında iştirak edəcəyik. İndi futbol yox, istirahət haqda düşünürəm".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right