"Çelsi" çempionluq paradını təxirə saldı

İngiltərə Premyer Liqasının qalib olan “Çelsi” Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib.

Newsport.az-ın məlumatına görə, bu barədə London təmsilçinin rəsmi saytından məlumat verilib.

Bəyanatda faciəvi hadisənin fonunda həftəsonu çempionluq paradanının keçirilməsinin yersiz olduğu açıqlanıb.

Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 64 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right