İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin oğlu Bruklin Bekhem seçimini edib.
Newsport.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Arsenal"ın aşağı yaş üzrə komandasında çıxış edən Bruklin London təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
15 yaşlı futbolçu ilə "Çelsi" və "Mançester Yunayted" klubları da yaxından maraqlanırdı. Lakin B.Bekhem "Arsenal"da qalmağı üstün tutub.
Qeyd edək ki, Bekhemin 12 yaşlı oğlu Romeo da "Arsenal"ın 13 yaşadək futbolçulardan ibarət komandasında forma geyinir.