İspaniyada baş məşqçi istefası

İspaniya La Liqasında daha bir məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, “Real Betis”in baş məşqçisi Viktor Sançes istefaya göndərilib.

41 yaşlı mütəxəssis 2016-cı ilin noyabrından “Betis”ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 7 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 13 oyunda isə məğlub olub.

Rəhbərlik nəticələrdən narazı qaldığı üçün onunla yolları ayırmağa qərar verib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right