Ukraynada 2016/17 mövsümünün çempionu məlum olub.
Newsport.az-ın məlumatına görə, “Şaxtyor” (Donetsk) cari mövsümün qalibi olub. “Şaxtaçılar” son turda “Zayra”nı 3:2 hesabı ilə məğlub edib. Donetsk təmsilçisi 75 xal toplayaraq sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.