Messi yeni müqaviləyə razı oldu

Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubu ilə müqaviləsinin uzadılmasına dair razılığa gəlib.
 
Newsport.az-ın "Marca"ya istinadən məlumatına görə, klub prezidenti Xosep Bartomeu 30 yaşlı hücumçunun atası Xorxe Messi ilə görüşüb. Görüşdə tərəflər yeni anlaşmanın əsas bəndlərinə dair razılığa gəliblər. 
 
Qeyd edək ki, Lionel Messinin hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. Bunadək Messinin 30 milyon avroluq əmək haqqı şərti ilə yeni anlaşmanı qəbul etmədiyi bildirilib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right