"Barselona" PSJ-nin futbolçusunu transfer edir

"Barselona" heyətini PSJ-nin futbolçusu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az saytının məlumatına görə, Kataloniya klubu italyan futbolçu Marko Verratini transfer etmək istəyir.

"Barselona" rəsmiləri futbolçunun meneceri Donato Di Kampli ilə görüşüb. "Mundo Deportivo"nun xəbərinə görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri transferə müsbət yanaşdıqlarını bildirib. "Barselona"nın yaxın günlərdə PSJ-yə rəsmi təklif göndərəcəyi deyilir.
 
Qeyd edək ki, PSJ  Marko Verattini 2012-ci ildə "Peskara"dan 12 milyon avroya alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right