Toni Adams "Qranada"nı Primeroda saxlaya bilmədi

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın İspaniyanın "Qranada" klubunun baş məşqçi postunda işi uğursuz alınıb.

Newsport.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis yaxında baş məşqçi təyin olunduğu komandanı Primeroda saxlaya bilməyib.

"Qranada" XXXV turda səfərdə "Real Sosyedad"a 1:2 hesabı ilə uduzub. Nəticədə turnir cədvəlində 19-cu pillədə olan Adamsın komandasının Sequndaya düşməsi artıq rəsmiləşib. 

Xatrladaq ki, "Qranada" hazırkı baş məşqçisi ilə bütün oyunlarda məğlub olaraq ilk qolunu yalnız indi vura bilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right