Millimizin hazırlıq planı bəlli oldu

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub. 

Newsport.az-ın məlumatına görəBu barədə yığmanın baş məşqçisi Robert Prosineçki brifinqdə jurnalistlərə deyib. 

Mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.

Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right