"Aue"nin prezidenti: "Nazarov özünü milli qəhrəman kimi göstərdi"

Almaniyanın “Aue” klubunun prezidenti Helqe Leonhardt komandanın azərbaycanlı futbolçusu Dimitri Nazarov haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Almaniya mətuatına açıqlama verən klub rəsmisi son vaxtlar yaxşı formada olan millimizin futbolçusundan razılıq edib.

O, fikirlərini belə izah edib: “Nazarovun əsas hədəfi Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynamaq idi. O, həmin görüşdə özünü milli qəhrəman kimi göstərdi. Almaniyaya qol vurduğu üçün klubun düşərgəsinə də böyük motivasiya ilə qayıtdı. Həmin qarşılaşmadan sonra Nazarov yüksək səviyyədə çıxış edir. O, özünə güvənir və bu inamı bütün komandaya ötürür”.

Qeyd edək ki, 27 yaşlı futbolçu Almaniya ilə oyundan sonra komandasının heyətində 3 oyun keçirib. “Sankt-Pauli” və “Union Berlin”lə görüşdə məhsuldar ötürmə ilə yadda qalan futbolçu “Münhen 1860”la qarşılaşmada dubl edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right