"Hətta qızım belə ondan sərt zərbə vurardı"

"Aston Villa"nın baş məşqçisi Pol Lambert "Tottenxem" ilə oyunda qırmızı kart alan oyunçusu Kristian Benteke haqqında açıqlamalar verib. 

Newsport.az-ın məlumatına görə, "Aston Villa"nın səfərdə "Tottenxem"ə 2:1 məğlub olduğu oyunda  Rayan Mansona şillə vurduqdan sonra oyundan qovulan Bentekeni məşqçisi çox maraqlı fikirlərlə müdafiə edib. O bunları deyib :"Benteke bu oyunda formada idi. "Tottenxem" onun qarşısını heçcür ala bilmirdi və oyunçunu qırmızı kart almağa təhrik elədilər. Düzdü bu hərəkət cəzasız qala bilməz amma o Mayk Tyson kimi yumruq vurmamışdı. Hətta qızım belə ondan sərt zərbə vurardı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right