Ramil Şeydayev “Jilina”nın qələbəsində pay sahibi oldu

Slovakiya çempionatında XXVI turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Trnava”nın qonağı olub.

Qarşılaşma “Jilina”nın qələbəsi ilə başa çatıb. Qələbədə Şeydayevin də payı olub. Komandanın ilk qolunun ötürməsini millimizin üzvü verib. Gənc forvard 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbədən sonra “Jilina” xallarının sayını 58-ə çatdırıb və liderliyini bir qədər də möhkəmləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right