Pepe üçün mövsüm erkən başa çatdı

La Liqada və Çempionlar Liqasında liderlik uğrunda mübarizə aparan “Real” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Madrid klubunun aparıcı müdafiəçisi Pepe uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Belə ki, La Liqanın XXXI turunda “Atletiko” ilə görüşdə komanda yoldaşı Toni Kroosla toqquşmada ağır zədə alan futbolçu tibbi müayinədən keçib. Klubun rəsmi saytında yer alan məlumata görə, müayinədən sonra portuqaliyalı futbolçunun 2 qabırğasının sındığı bəlli olub. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, “kral klubu”nun digər mərkəz müdafiəçisi Rafael Varan da zədəlidir. Eyni mövqedə iki aparıcı futbolçunun olmaması qarşıdakı vacib görüşlərdə madridlilərin işini çətinə sala bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right