Ronaldo rekordlardan doymur

Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Newsport.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu La Liqanın 10 turunda vurduğu 17 qolla "Real Oviedo" klubunun sabiq oyunçusu İsidro Lanqaranı geridə qoyub.

Lanqara La Liqanın 10 turunda 16 dəfə rəqib qapılarına yol tapıb. Ronaldo isə İspaniya La Liqasının son turunda "Qranada" ilə görüşdə (4:0) bir qol vurmaqla 79 illik rekordu yeniləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right