Reynaldo yoluxucu xəstəliyə tutuldu

"Qarabağ"ı "Adanaspor"a dəyişən Reynaldo yeni klubundan ayrı düşüb.

Newsport.az-ın məlumatına görə, buna braziliyalının xəstələnməsi səbəb olub. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Belə ki, yoluxucu xəstəlik hesab olunan qripə yoluxan "sambaçı" bu səbəbdən komanda ilə birlikdə məşq edə bilmir.

Xəstələnən futbolçunun Super Liqanın növbəti turunda "Çaykur Rizəspor"a qarşı çıxış etməyəci gözlənilir.

Xatırladaq ki, sözügedən qarşılaşmanın start fiti 10 aprel,  Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right