FİFA 2018-ci il futbol üzrə dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilir.
Vəsait ən böyük hissəsi - 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək. Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı 14 iyun -15 iyul tarixlərində Rusiyada keçiriləcək.