“Real”dan gedə bilərəm” – Zinəddin Zidan

Sabah La Liqanın XXI turu çərçivəsində əzəli rəqibi “Atletiko” ilə qarşılaşacaq Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan oyundan 1 gün öncə keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis gələcək klubdakı gələcək taleyi ilə bağlı verilən suala qeyri-adi cavab verib. Fransalı çalışdırıcı gələn mövsüm komandanı çalışdırıb-çalışdırmayacağının aydınlaşmadığını deyib: “Gələn mövsüm haqda planlarım? Düzü, komandada qalıb-qalmayacağım bəlli deyil. Ona görə də növbəti mövsüm haqda heç bir plan cızmamışam. Sadəcə, qarşıdakı oyunlarımız haqda düşünürəm”.

Gənc çalışdırıcı “kral klubu”nu çalışdırdığl üçün özünü şanslı hesab edir: “Həyatda hər şeyə müsbət tərəfdən baxıram. “Real”da özümü çox şanslı hiss edirəm. Mən bura gələndə, heç kim bizə inanmırdı. Amma biz mümkün olan çox şeyi bacardıq”.

Zidan son oyunlarda komandasının aparıcı oyunçusu Kristiano Ronaldoya şans verməsindən də danışıb: “Ronaldonun istirahət etməsi planlaşdırılmış iş deyil. Onunla danışdım və bunun komanda üçün lazımlı olacağını dedim. Futbolçularım mənim fəlsəfəmi dərk edirlər. Bilirlər ki, hər şeyi komandanın yaxşılığı üçün edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right