"Barselona"nın futbolçusu Rafinya Alkantara uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Newsport.az-ın məlumatına görə, La Liqanın XXIX turunda "Qranada" ilə oyunda zədə alan futbolçu bu gün yekun tibbi müayinədən keçib. Daha öncə onun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlansa da, bu gün keçirilən tibbi müayinədən sonra durumunun ciddi olduğu üzə çıxıb. Belə ki, o, dizindəki köhnə zədəsini yenidən təzələyib.
Klub həkimləri oyunçunun 4 aydan sonra məşqlərə başlaya biləcəyini açıqlayıblar.
Qeyd edək ki, bu mövsüm La Liqada “Barselona” ilə 18 oyunda meydana çıxan Rafinya 6 qola imza atıb.