Almaniya Bundesliqasında mübarizə aparan "Borussiya" (Dortmund) klubunda yeni müqavilə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi Lukaş Pişeklə yeni müqavilə imzalayıb. Polşalı müdafiəçi ilə müqavilə 2019-cu ilə qədər uzadılıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2010-cu ildən "Borussiya"da çıxış edir.