Sabiq "Qəbələ"li İspaniya La Liqasında

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams özünə yeni iş yeri tapıb.

 

Newsport.az xəbər verir ki, Adams "Qranada" klubunun idman direktoru vəzifəsinə təyin edilib.

 

50 yaşlı mütəxəssisin son iş yeri Çinin "Çuntsin Danqday Lifan" klubu idi. "Arsenal"ın əfsanəsi Çin komandasının da idman direktoru idi.

 

Xatırladaq ki, Toni Adams "Qəbələ"də baş məşqçi və idman direktoru vəzifələrində də işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right