Almaniya II Bundesliqasında XXVII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Aue” bu dəfə səfər matçına çıxıb. “Bənövşəyilər” “Union Berlin”in qonağı olub.
Matç “Aue”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. “Aue”nin 88-ci dəqiqədə vurduğu qolda Nazarovun da xüsusi payı olub. Belə ki, onun məhsuldar ötürməsindən sonra Caloqero Rizzuto hesabı açıb.
“Aue” bu qələbədən sonra xallarının sayını 29-a çatdırı və turnir cədvəlində 15-ci pilləyə yüksəlib.