Millinin hücumçusu yeni müqavilə imzaladı

İspaniya La Liqa təmsilçisi “Selta” hücumçusu Yaqo Aspasla yeni müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, Viqo təmsilçisinin saytının yaydığı məlumata görə, yeni müqaviləyə əsasən, Aspas 2022-ci ilin yayınadək klubun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfiylə bağlı heç bir açıqlama verilməyib.

2015-ci ildən “Selta”nın şərəfini qoruyan Aspas cari mövsümdə şans qazandığı 26 oyunda 15 qola imza atıb. 29 yaşlı hücumçu həm də, İspaniya millisinin üzvüdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right