“Real”ın və İspaniya yığmasının sabiq futbolçusu Miçel Salqado Cəbəllütariqə üz tutub.
Newsport.az-ın məlumatına görə, Salqado bu ölkədə futbol funksioneri kimi fəaliyyət göstərəcək. O, Cəbəllütariqin “Yunayted” komandasında idman direktoru postunu tutacaq.
Qeyd edək ki, 1999-2009-cu illərdə “Real”da çıxış edən 41 yaşlı veteran müdafiəçi “Blekbern” və “Selta”da oynayıb.