Avrokubokların finalı ilə bağlı yeni qərar

2019-ci ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalı eyni həftədə keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. 2019-cu ildə Avropa Liqasının finalının mayın 29-u oynanılacağı bildirilib. Turnirlərin finalı indi olduğu kimi müxtəlif şəhərlərdə keçiriləcək.

Xatırladaq ki, bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi.

Əlavə edək ki, bu il AL-ın finalı mayın 24-ü Stokholmda, ÇL-in finalı isə iyulun 3-ü Kardiffdə oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right