"Zəng edib dedilər ki, Çindən təklif var" Azərbaycanlı futbolçu

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov maraqlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Çindən gələn təklifi rədd etdiyini açıqlayıb:

 

“Təxminən bir il əvvəl mənə zəng edib dedilər ki, Çin klubundan təklif var. Məndən Çinə gedib-getməməyimlə bağlı soruşdular və “yox” cavabı verdim. Görün nə qədər insan pula görə Çinə üz tutub. Bu, hər kəsin öz şəxsi seçimidi. 2005-ci ildə isə idman direktoru "Sevilya" ilə oyunöncəsi bildirdi ki, ispaniyalı nümayəndələr sənin oyununu izləyəcklər. Təəccüblənsəm də, öz-özümə dedim ki, İspaniya mənim nəyimə lazımdı? Mənə elə burda da yaxşıdı”.

 

Qeyd edək ki, Rusiya millisinin üzvü olan Səmədov qış transfer pəncərəsində "Lokomotiv"dən "Spartak"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right