Millimizin futbolçusu İspaniyada qol vurdu

İspaniya Sequndasında XXXII turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “UCAM Mursiya” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 

Oyuna start heyətində başlayan Eddi ilk hissəyə əlavə olunmuş birinci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

İsrafilov "Kadis"də bundan əvvəl keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmamışdı. 

Qeyd edək ki, 32 oyundan sonra aktivində 51 xal olan “Kadis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Newsport.az-ın məlumatına görə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right