Özil Bundesliqaya qayıdışını istisna etmədi

“Arsenal”ın və Almaniya millisinin üzvü Məsut Özil karyerasını yenidən Bundesliqada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu haqda təcrübəli futbolçunun özü açıqlama verib:

“Bundesliqaya qayıdışımı istisna etmirəm. Ailə üzvlərim, xüsusən də anam evimə yaxın olmağıma çox sevinərdi. “Arsenal”la hələ 1 illik müqaviləm var. Bu kluba sevgim sonsuzdur. Amma müqavilənin yenilənməsi ilə bağlı məsələ hələ açıq qalır”.
 
Qeyd edək ki, Özil daha əvvəl Almaniyada “Şalke” (2006-2007) və “Verder”də (2008-2010) forma geyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right