İbrahimoviç gələcəyi ilə bağlı danışdı

İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin növbəti mövsüm hansı komandada oynayacağı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, İbra hal-hazırda formasını geyindiyi “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq.

Bu jurnalistlərə açıqlamasında məşhur hücumçu özü deyib. O bildirib ki, hazırda Mançester təmsilçisi ilə yeni müqavilə şərtləri haqda danışıq aparır: “Mançester Yuanyted”lə yeni müqavilənin detallarını müzakirə edirik. Hamı bilir ki, mən başladığım işi heç vaxt yarımçıq qoymamışam. Gələn mövsüm də “Mançester Yunayted”dəyəm”.

Qeyd edək ki, 35 yaşlı futbolçu mövsüm əvvəlindən “qırmızı şeytanlar”ın uğurları üçün çalışır. O, hazırda komandanın ən sərrast futbolçusudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right