Almaniya millisinin futbolçusu Benedikt Hövedes DÇ-2018-in seçmə mərhələsində millimizə 4:1 hesabı ilə qalib gəldikləri oyunu haqda danışıb.
Newsport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi matç haqda bunları bildirib:
"Azərbaycanla oyuna qələbə üçün çıxmışdıq. Bakıdakı görüşdə diqqətsizliyə yol verdik. Bütün qarşılaşma ərzində oyuna tam nəzarət edə bilmədik. Buna görə də özümüz çətinlik yaratdıq. Qələbə qazansaq da bunu çətinliklə bacardıq".