Tomas Müller: "Meydanda dominantlıq etdik"

“Azərbaycana qarşı keyfiyyətli oyun göstərdik”.

 

Newsport.az xəbər verir ki, bu sözləri Almaniya millisinin üzvü Tomas Müllerə məxsusdur. DÇ-2018-in seçmə mərhələsinin V turunda millimizin qonağı olan Bundestim qələbə qazanıb – 1:4.

 

Almaniya mətbuatına açıqlama verən Müller matç haqda fikirlərini bildirib. O, öz oyunlarından narazı qalmadığını deyib:

 

“Erkən qol vurmalı idik və çox keçmədi ki, bu imkanı qazandıq. Amma daha sonra qapımızda qol gördük. Buna baxmayaraq, yenidən hesabı öz xeyrimizə dəyişə bildik. Lakin bu, o qədər də yetərli deyildi. Oyunumuzdan razı qalmaq üçün növbəti qolları da vurmalı idik. Bunu da bacara bildik. Fikrimcə, 90 dəqiqə ərzində meydanda dominantlıq etdik”.

 

Qeyd edək ki, hazırda aktivində 15 xal olan Almaniya millisi C qrupunun lideridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right