"Real"ın futbolçusundan "Barselona" açıqlaması

"Real" və İspaniya millisinin yarımmüdafiəçisi İsko "Barselona"nın onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları deyib:

"Futbolçular haqqında həmişə söz-söhbət olur. Biz artıq buna öyrəşmişik. Məsələ budur ki, bəziləri İspaniya çempionatında fasilə olanda nəsə fikirləşməli olurlar. Bunun nəyə lazım olduğunu bilmirəm. Mən sözümü meydanda deyirəm və komandama faydalı olmağa çalışıram".

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "Malaqa"dan "Real"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right