Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində V tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, üçüncü oyun günündə "C", "E" və "F" qruplarında üst-üstə 9 oyun keçiriləcək.
C qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edəcəyi halda, San-Marino Çexiyanı, Şimali İrlandiya isə Norveçi qonaq edəcək.
E qrupunun lideri Polşa səfərdə 2-ci sıradakı Monteneqro ilə üz-üzə gələcək. F qrupunda turnir cədvəlinə başçılıq edən İngiltərə isə Litva ilə qarşılaşacaq.
26 mart
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00 Azərbaycan – Almaniya
20:00 San-Marino – Çexiya
22:45 Şimali İrlandiya – Norveç
E qrup
20:00 Ermənistan – Qazaxıstan
22:45 Rumıniya – Danimarka
22:45 Monteneqro – Polşa
F qrupu
20:00 İngiltərə - Litva
22:45 Malta – Slovakiya
22:45 Şotlandiya – Sloveniya