DÇ-2018-in seçmə mərhələsinin V turunun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin futolçusu Sergey Zenyovun da çıxış etdiyi Estoniya millisi səfər matçına çıxıb. Estonlar səfərdə Kiprin qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
Matça start heyətində başlayan Zenyov 79-cu dəqiqədə yerini Yanar Toometə verib.
Qeyd edək ki, qrupda 4 xal toplayan Estoniya millisi 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.