"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya millisinin start heyətində yer alıb.
Newsport.az-ın məlumatına görə, o, DÇ-in 2018-in seçmə mərhələsində hazırda davam edən Kiprə qarşı səfər matçında estonların yeganə mərkəz hücumçusudur.
"Qarabağ"ın qapıçısı İbrahiç Şehiç isə DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariq yığmasına qarşı evdəki oyunda Bosniya və Herseqovina millisinin ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, hər iki görüş saat 21:00-da başlayıb.