“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda

Bir müddət öncə son Azərbaycan çempionu “Qarabağ”la danışıqlar apardığı deyilən Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keyta özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, Qambiya əsilli futbolçu karyerasını Norveçdə davam etdirəcək. O, ötən gün ölkənin yüksək liqasında mübarizə aparan “Valerenqa” klubu ilə münasibətlərini rəsmiləşdirib. Forvard cari mövsümün sonuna qədər icarə əsasında sözügedən komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Qarabağ” vaxtıilə Norveçin 18, 21 və 23 yaşlılardan ibarət milli komandasının şərəfini qoruyan Keyta ilə maraqlansa da, sonda onu transfer etməkdən imtina etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right