Tomas Müller: "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq"

“Özümüzü çox güclü və ya zəif rəqib hesab etmək bizə başucalığı gətirməz”.

Newsport.az-ın məlumatına görəbu sözlər Almaniya millisinin üzvü Tomas Müllerə məxsusdur.

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızın qonağı olacaq. Matçla bağlı Almaniya mətbuatına açıqlama verən “Bavariya”nın  futbolçusu fikirlərini bildirib.

Münhen təmsilçisinin yarımmüdafiəçisi bildirib ki, seçmə mərhələdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyirlər:

“Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim sonuncu dünya çempionu olmağımız qalib gəlməyimiz anlamına gəlməməlidir. İndi qələbəni adla deyil, meydandakı mübarizə ilə qazanırsan. Hər oyuna olduğu kimi, Azərbaycanla oyunda da ciddi hazırlaşmışıq. Almaniyaya qələbə ilə qayıtmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right