"Roma"nın futbolçusu "Çelsi" yolunda

İngiltərənin “Çelsi” klubu yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, “zadəganlar” “Roma”nın aparıcı futbolçusu Raca Naynqolanla danışıqlara başlayıb. Bunu 28 yaşlı futbolçunun özü də təsqidləyib. Belçikalı oyunçu “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə transferi haqda müzakirələr apardığını deyib:

“Bəli, Premyer Liqada çıxış etmək variantım var. Konte özü mənimlə transferim haqda müzakirələr aparıb. Yekun qərarımı yayda verəcəm”.

Qeyd edək ki, Naynqolan 2014-cü ildən “Roma”da çıxış edir. Onun “canavarlar”la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right