Neymar oynamaq istədiyi çempionatın adını açıqladı

“Barselona”nın futbolçusu Neymar maraqlı açıqlaması ilə gündəmə gəlib.
Newsport.az-ın məlumatına görə , braziliyalı futbolçu oynamaq istədiyi çempionatın adını açıqlayıb. “Sambaçı” bildirib ki, İngiltərə çempionatında top qovmaq ehtimalı var:
“Premyer Liqa məni heyrətləndirən çempionatdır. Bir gün İngiltərədə oynamaq istəyərəm. “Mançester Yunayted”,  “Çelsi”, “Arsenal” və “Liverpul”a heyranam”.
Qeyd edək ki, Braziliya millisinin üzvünün “Barselona” ilə meqaviləsi 2021-ci ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right