UEFA prezidenti Aleksandr Çeferin Almaniya Futbol Federasiyasının hakimi Dəniz Aytəkini işindən uzaqlaşdırdığı barədə xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bu iddiaları təkzib edib. A.Çeferin bildirib ki, D.Aytəkin Çempionlar Liqasının 1/8 finalında "Barselona" - PSJ cavab oyununda verdiyi bəzi qərarlara görə, ancaq tənqid olunub:
"Onu hakimlikdən uzaqlaşdırmamışıq. Biz hansısna epizodu müzakirə edə bilərik. İşdən kənarlaşdırmaq haqda söhbət belə gedə bilməz".
Qeyd edək ki, PSJ Dəniz Aytəkinin idarəçiliyindən narazılığını bildirmişdi.