"Bavariya"nın heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin aparacı futbolçularından olan Duqlas Kosta məşqdə sol dizindən zədələnib. 26 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bildirilir.
Braziliyalı futbolçu dizindən əməliyyat olunacaq. Kostanın mövsümü erkən başa vurmaq riskinin olduğu da qeyd edilir.
Xatırladaq ki, Kosta “Bavariya” forması ilə bu mövsüm 27 oyuna 7 qol vurub və 9 məhsuldar ötürmə edib.