"Arsenal"ın qapıçısı Petr Çex İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Siti" ilə oyunu buraxacaq.
Newsport.az-ın məlumatına görə, buna səbəb onun "Vest Bromviç"ə qarşı matçda zədə almasıdır. Çexiyalı qolkiperin nə zaman yaşıl meydeanlara qayıdacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" görüşü aprelin 2-i keçiriləcək.