Belçika milli komandasının heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, “qırmızı iblislər”in aparıcı futbolçusu Eden Azar zədə səbəbindən qarşıdakı oyunlarda milliyə kömək edə bilməyəcək. “Çelsi”nin yarımmüdafiəçisi ayaq əzələsindən zədə alıb.
Buna görə, 26 yaşlı futbolçu Belçika millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Yunanıstanla və Rusiya ilə yoldaşlıq oyunlarını buraxmalı olacaq.