“Roma” klubunun rəhbərliyi Françesko Tottiyə yeni təklif hazırlayır.
Newsport.az-ın məlumatına görə, bu haqda paytaxt klubunun pezidenti Ceyms Pallotta açıqlama verib.
O qeyd edib ki, klub rəhbərliyi əfsanəvi futbolçunu direktor vəzifəsində görmək istəyir. Futbolçu karyerasını bitirdikdən sonra Tottiyə 6 illik müqavilə təklif ediləcək.
Qeyd edək ki, 40 yaşlı futbolçunun “Roma” ilə hazırkı müqaviləsi yayda bitir.