Futbolçuların valideynləri arasında kütləvi dava

İspaniyada uşaq komandaları - “Alaro” və “Kolerense”nin oyunu zamanı qalmaqal yaşanıb. 

Newsport.az-ın məlumatına görə, matçın gedişində valideynlər arasında kütləvi dava baş verib. 

Hələlik insidentin səbəbi məlum deyil, polis araşdırma aparır. 

Qeyri-rəsmi məlumatlara görə, oyunun gedişində 2 futbolçu arasında mübahisə düşüb. Bu, onların valideynlərinin əlbəyaxa olmasına, yekunda da kütləvi davaya gətirib çıxarıb. 

Qeyd edək ki, baş vermiş insident səbəbindən oyun təxirə salınıb. 






Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right