Ndlovunun komandası üçün penalti verən referiyə ömürlük cəza

2018-ci il dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) və Seneqal yığmaları arasında keçirilmiş seçmə matçının baş hakimi Jozef Lampti ömürlük diskvalifikasiyaya məruz qalıb.
 
Newsport.az-ın məlumatına görə, qanalı referi oyunun nəticəsinə qeyri-qanuni müdaxilədə ittiham olunub. 43 yaşlı ədalət təmsilçisi əsasnamənin 69.1 maddəsi üzrə günahkar bilinib. 
 
CAR - Seneqal matçı 2016-cı il noyabrın 12-də keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 43-cü dəqiqədə Lampti seneqallıların qapısına mübahisəli penalti təyin edib. Bunun nəticəsində meydan sahiblərindən Tulani Xlatşvayo hesabı açıb. 
 
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu CAR millisində 4 dəfə oynayıb. O, son zamanlar yığmaya çağırılmır. 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right