Almaniya milli komandası və "Arsenal"ın futbolçusu Mesut Özilin durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "topçular"ın məşqi zamanı aldığı zədə 29 yaşlı yarımmüdafiəçinin yığmanın düşərgəsinə yollanmasına problem yaratmayacaq. Türk əsilli futbolçu bu gündən etibarən millinin düşərgəsində olacaq.
Məsul Özil martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyununda iştirak edə biləcək.