Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu

Almaniya II Bundesliqasında 25-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Bohum”la üz-üzə gəlib.

Nazarovun start heyində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Millimizin üzvü oyunun 11-ci dəqiqəsində penaltidən rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 25 oyundan sonra 23 xala malik “Aue” sondan ikinci, 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right