İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, son çempion "Lester" səfərdə "Vest Hem"in qonağı olub. Qarşılaşma "tülkülər"in 3 - 2 hesablı qələbəsiylə yekunlaşıb.
"Vest Hem" - "Lester" 2:3
QOLLAR: Manuel Lanzini, 20, Andre Ayu, 63 - Riyad Mahrez, 5, Robert Hut, 7, Ceymi Vardi, 38