Amit Quluzadənin komandası qalib gəldi

Futbol üzrə Yunanıstan çempionatında 25-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL doğma meydanda "Panetolikos"la qarşılaşıb. Matç həmyerlimizin komandasının 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

Amitin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 24 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right